Paşha Bank
Bank Of Baku

“Bank Melli İran”ın Bakı filialının aktivləri və mənfəəti azalıb - Hesabat

“Bank Melli İran”ın Bakı filialının aktivləri və mənfəəti azalıb - Hesabat
# 09 oktyabr 2026 17:27 (UTC +04:00)

“Bank Melli İran”ın Bakı filialı 2026-cı ilin yanvar-sentyabr aylarını 3 milyon 144,2 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 234,1 min manat və ya 28,2% azdır.

"APA-Economics" bu barədə Filialın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə bankın faiz gəlirləri 8,4% azalaraq 3 milyon 934,8 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə bu göstərici 4 milyon 296,9 min manat olub.

Bankın haqq və komissiya gəlirləri 52,7% artaraq 26,2 min manata yüksəlib, haqq və komissiya xərcləri isə 40,1% azalaraq 56 min manata enib.

Eyni zamanda, filialın inzibati xərcləri 12% artaraq 1 milyon 412,2 min manat təşkil edib.

Bankın aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaları isə 42,1% azalaraq 701,2 min manat təşkil edib.

2026-cı il sentyabrın 30-na “Bank Melli İran”ın Bakı filialının cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 5% və ya 6 milyon 10,2 min manat azalaraq 114 milyon 280,9 min manat təşkil edib.

Bununla belə, hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 20,9% artaraq 2 milyon 792,6 min manata yüksəlib.

Filialın dövlət qiymətli kağızlarına investisiyaları isə 3,5 dəfə artaraq 76 milyon 29,7 min manata çatıb. Ötən ilin sonunda bu göstərici 21 milyon 688,1 min manat olub.

Eyni zamanda, bankın nağd pul vəsaitləri və digər banklardakı müxbir hesablarının həcmi 18,7% azalaraq 29 milyon 366,4 min manata düşüb. Maliyyə institutlarından alınacaq vəsaitlər isə 55 milyon 61 min manatdan 417,9 min manata qədər azalıb.

Hesabat ta arixinə filialın cəmi öhdəlikləri 13,7% azalaraq 57 milyon 784,1 min manat təşkil edib.

Bankın müştəri hesablarının qalığı 3,9% azalaraq 35 milyon 646,1 min manata, maliyyə institutları qarşısında öhdəlikləri isə 60,8% azalaraq 4 milyon 456,5 min manata düşüb.

Filialın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 5,9% artaraq 56 milyon 496,8 min manata yüksəlib. Nizamnamə kapitalı isə dəyişməyərək 73 milyon 611,2 min manat səviyyəsində qalıb.

Bankın ilin ötən dövrünün mənfəətlə bitirməsi onun yığılmış zərərlərini azaldıb. Nəticədə bu rəqəm 20 milyon 258,6 min manatdan 17 milyon 114,4 min manata enib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR