ICESCO baş direktoru: Ənənəvi iş yerlərinin sayı azalır, yeni ixtisaslar meydana çıxır

ICESCO baş direktoru: Ənənəvi iş yerlərinin sayı azalır, yeni ixtisaslar meydana çıxır
# 10 may 2024 10:42 (UTC +04:00)

Qeyri-müəyyənliklərin çox olduğu dünyada strateji yanaşma bizə gələcək planlar qurmağa, çətinlikləri görməyə və onun öhdəsindən gəlmək üçün kurs formalaşdırmağa imkan verir.

APA xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim M. Al-Malik ADA Universitetində çıxışında deyib.

O, XXI əsrdə müxtəlif sahələrdə transformasiyasının baş verdiyini, süni intellektin, texnologiyanın inkişafı və bunun da öz növbəsində demoqrafiyaya, cəmiyyətlərin həyatına ciddi təsir etdiyini deyib:

"Ənənəvi iş yerlərinin sayı və rolu azalır, yeni ixtisas sahələri meydana çıxır, yeni imkanlar yaranır. Ancaq, eyni zamanda, biz yeni təhdidlərin də yarandığını görürük, kiberhücumlar, dezinformasiya, etimadın azalması kimi çağırışlar meydana çıxıb".

Səlim M. Al-Malik ISESCO olaraq strateji uzaqgörənlik nümayiş etdirən ölkələrin inkişafa və çiçəklənməyə davam edəcəyini anladıqlarını deyib:

"Qeyri-müəyyənliklərin çox olduğu dünyada strateji yanaşma bizə gələcək planlar qurmağa, çətinlikləri görməyə və onun öhdəsindən gəlmək üçün kurs formalaşdırmağa, strateji uzaqgörənlik məntiqli ssenariləri formalaşdırmağa imkan verir”.

Baş direktor rəhbərlik etdiyi təşkilatın gələcəyə doğru trayektoriya yaradan bir qurum olduğunu, keçmişdən dərs çıxardığını vurğulayıb:

"Biz gələcəyin dünyasını qurmaq üçün strateji uzaqgörənliyi təşviq etməliyik".

Daha sonra ISESCO yanında Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri Anar Kərimov çıxış edib.

O da çıxışında dünyanın yeni imkanlarla yanaşı, çağırışlarla və təhdidlərlə üzləşdiyini deyib. Anar Kərimov gələcəyin dünyasına hazır olmaq üçün strateji uzaqgörənliyin əhəmiyyətini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR