Mədəniyyət Nazirliyi Bakıda moda tədbirinin rus dilində keçirilməsinə aydınlıq gətirib

Mədəniyyət Nazirliyi Bakıda moda tədbirinin rus dilində keçirilməsinə aydınlıq gətirib
# 04 dekabr 2023 11:30 (UTC +04:00)

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən Yaradıcı Həftə çərçivəsində təşkil olunan "Azərbaycan Moda Həftəsi"nin rus dilində olması sosial mediada müzakirələrə səbəb olub.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov APA-nın sorğusuna cavab olaraq bildirib ki, yaradıcı həftənin keçirilməsinin məqsədi həm də eko-sistem oyunçularına dəstək verməkdir.

"Bu mənada, il ərzində fəallıq göstərən, yeni fəaliyyətə başlayan eko-sistem nümayəndələri Mədəniyyət Nazirliyinə müraciət edərək yaradıcı həftə çərçivəsində tədbir keçirməyə haqq qazanıb və özləri də tədbirlərini keçiriblər. Ona görə də tədbirin detalları, dil seçimi və s. keçirilməsi məsələsi onların öz daxili qərarlarıdır. Bununla bağlı təşkilatçılara müraciət etməyiniz daha doğru olar", - o deyib.

Qeyd edək ki, Azərbaycan Moda Həftəsi (“Azerbaijan Fashion Week”) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində 2-3 dekabr tarixlərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR