Naxçıvan Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub - YENİLƏNİB

Naxçıvan Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub - YENİLƏNİB
# 23 fevral 2024 17:31 (UTC +04:00)

Vəli Səfərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

APA-nın Naxçıvan bürosunun xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun əmri ilə Vəli Adəm oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vəli Səfərov bu təyinatadək Naxçıvan Dövlət Filarmoniyasının direktor müavini vəzifəsində çalışırdı.

***

10:59

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbəri işdən azad olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Piri Nağıyev tutduğu vəzifədən azad olunub. O, nazirlikdə bas məsləhətçi təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR