Nazir: “Azərbaycan azad edilmiş ərazilərə təkcə iqtisadi layihələrlə deyil, həm də "yumşaq güc"lə qayıdır”

Anar Kərimov

© APA | Anar Kərimov

# 21 dekabr 2021 11:06 (UTC +04:00)

“Biz əcdadlarımızın irsini qorumaqla kifayətlənməməliyik, eyni zamanda, yeni yaradıcılıq nümunələri də yaratmalıyıq”

APA-nın məlumatına görə, bunu bu gün “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfransda mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, bu çərçivədə yeni istiqamətlər də müəyyən edilib: “2030-cu il üçün milli prioritetlər siyahısında mədəni və yaradıcı sənayelərin inkişafı da yer alır və dayanıqlı iqtisadiyyatın inkişafı bölməsində bu da qeyd olunub. Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi və ərazilərimizə mədəniyyətin qaytarılması missiyamız da davam etdirilir. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi çox önəmli mesaj idi. Bu, Azərbaycanın azad edilmiş ərazilərinə öz mədəniyyəti ilə qayıdışı idi. Azərbaycan Qarabağa təkcə iqtisadi, enerji layihələri ilə deyil, eyni zamanda, "yumşaq güc"lə qayıdır. Azərbaycan Xocalı soyqırımına məruz qalmasına baxmayaraq, bu ərazilərə sülh çağırışları ilə qayıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR