“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələr təsdiq edilib.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Digər qərarla isə Nazirlər Kabineti “Pir Hüseyn Xanəgahı” və Zaqatala tarix-mədəniyyət qoruqlarının əsasnamələrini təsdiq edib.