Qarabağın kreativ zona elan edilməsi təklif olunub

# 30 noyabr 2023 11:25 (UTC +04:00)

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, amma, eyni zamanda, biz Şuşanı kreativ yaradıcılıq paytaxtı elan edə bilərik.

APA xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin (COPAT) Aparat rəhbəri Xudayat Həsənli Mədəniyyət və yaradıcı sənayelər forumu çərçivəsində "Mədəniyyət və yaradıcı sənayelər: milli pirioritet kimi" adlı panel sessiya zamanı deyib.

"Ümumilikdə isə Qarabağı kreativ zona elan etmək üçün çox böyük potensial var. Biz, yəqin ki, forumdan sonra mədəniyyət naziri ilə bu məsələni müzakirə edəcəyik", - o deyib.

Aparat rəhbəri İsmayıllının Basqal kəndinin də kreativ kənd kimi təqdim olunmasının mümkün olduğunu əlavə edib: "Siz bilirsiniz ki, orada dulusçuluq çox geniş yayılıb və inkişaf edib. Lakin bu inkişafı daha da artırmaq üçün mövcud infrastrukturu genişləndirmək, təkmilləşdirmək və dünya arenasına çıxarmaq olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR