Şahin Seyidzadə "İçərişəhər"də film çəkilişlərinin ödənişli olması məsələsinə aydınlıq gətirib

Şahin Seyidzadə "İçərişəhər"də film çəkilişlərinin ödənişli olması məsələsinə aydınlıq gətirib
# 19 dekabr 2023 12:14 (UTC +04:00)

"İçərişəhər" ərazisində film çəkilişləri zamanı qiymət məsələsinə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə münasibət bildirib.

"Mədəni İrs" Forumu çərçivəsində panel müzakirə zamanı APA-nın sualına cavab olaraq bildirilib ki, son illərdə sözügedən istiqamətdə hər hansısa bir qiymət artımı baş verməyib.

"Hesab edirik ki, bu kimi qoruqlarda çəkiliş və digər proseslərin ödənişsiz olması onun əlçatanlığının kifayətdən daha artıq olmasına şərait yarada bilər. Bu baxımdan, qiymətlər müəyyən mexanizmə görə tənzimlənir", - sədr qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR