Şuşanın İslam mədəniyyətinə töhfə vermiş şəxsiyyətləri haqqında film hazırlanacaq

Şuşanın İslam mədəniyyətinə töhfə vermiş şəxsiyyətləri haqqında film hazırlanacaq
# 23 yanvar 2024 13:06 (UTC +04:00)

Şuşanın İslam mədəniyyətinə töhfə vermiş tarixi-dini irsi və şəxsiyyətləri haqqında müxtəlif dillərdə sənədli film hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən, 2024-cü il ərzində Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti bu sənədli filmi hazırlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR