Bakı. Cavid Zeynalov – APA. Muzey Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəni irsi” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, kitabda Heydər Əliyevin dövründə yaranan tarixi-memarlıq abidələri öz əksini tapıb: “O, peşəkar memar idi, ona görə də, onun dövründə yaranan memarlıq abidələri gələcək nəsillər üçün mədəni irs kimi tarixdə yaşayacaq. Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm”.
Tədbirdə çıxış edən millət vəkili Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, xalq rəssamı Ömər Eldarov və başqaları kitabın əhəmiyyətindən danışıblar.
Yeni nəşrin ideya müəllifi nazir Əbülfəs Qarayev, layihə rəhbəri Vaqif Əliyevdir.