Bank Of Baku

“Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildi hazırlanır

“Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildi hazırlanır
# 01 may 2014 14:36 (UTC +04:00)

Bakı - APA. Aprelin 30-da AMEA Naxçıvan Bölməsində “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildinin hazırlanması ilə əlaqədar müəlliflərlə müzakirə aparılıb.

 

Bu barədə APA-ya AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Elnur Kəlbizadə məlumat verib.

 

Onun sözlərinə görə, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan MR Ali Məclisi sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” 6 avqust 2012-ci il tarixli sərəncamına uyğun olaraq “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması davam etdirilir.

 

İ.Hacıyev muxtar respublika rəhbərinin birbaşa diqqət və qayğısı ilə çap edilən “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin nəşrindən ötən müddət ərzində görülən işlərdən də danışıb. Bildirib ki, bu müddət ərzində ikinci cildin müəllifləri ilə mütəmadi iş aparılıb, ikinci cildə daxil olacaq fəsillər üzrə müəlliflər müəyyənləşdirilib. Bölmənin sədri bu cildə “Naxçıvan xanlığı”, “Naxçıvanın Rusiya tərəfindən işğalı”, “Naxçıvan XIX əsrdə”, “Naxçıvan XX əsrin əvvəllərində”, “Naxçıvan XX əsrin 20-30-cu illərində” adlı fəsillərin daxil edilməsinin nəzərdə tutulduğunu bildirib.

 

Müzakirə zamanı müəlliflərin fikir və təklifləri dinlənilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR