Bank Of Baku

“Qırmızı bağ” tammetrajlı filminin çəkilişləri başa çatıb

“Qırmızı bağ” tammetrajlı filminin çəkilişləri başa çatıb
# 13 iyul 2015 09:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və Rusiyanın “Vaytmedia” şirkətinin ortaq layihəsi olan “Qırmızı bağ” tammetrajlı filminin çəkilişləri başa çatıb. 

 

“Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, çəkilişləri Moskvada və Bakıda aparılan ekran əsəri hazırda montaj prosesindədir. 

 

Ekran əsərinin ssenari müəllifi və rejissoru əməkdar incəsənət xadimi Mirbala Səlimli, operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir. 

 

Əsas rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Xanlar Həşimzadə və başqaları çəkilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR