Bank Of Baku

Britaniyanın teatr truppası Bakıda "Hamlet" tamaşasını nümayiş etdirəcək

Britaniyanın teatr truppası Bakıda "Hamlet" tamaşasını nümayiş etdirəcək
# 05 sentyabr 2015 15:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Britaniyanın tanınmış teatr truppası “Shakespeare's Globe” dünya turu çərçivəsində “Hamlet” tamaşasını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.

 

APA-nın məlumatına görə, tamaşa “British Council” və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə nümayiş olunacaq.

 

Layihə Şekspirin anadan olmasının 450, vəfatının 400-cü ildönümü münasibətilə həyata keçirilir.

 

Dünyada 100-dən artıq ölkədə nümayiş olunan tamaşanın Akademik Milli Dram Teatrındakı nümayişi subtitrlər vasitəsilə mümkün olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR