Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət naziri Quram Odişariya ilə görüşüb.
Nazirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının zəruriliyi vurğulanıb.
Q.Odişariya iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə genişləndiriləcəyinə əmin olduğunu bildirib.