Bank Of Baku

"Şəhər Motivləri” kinoalmanaxının beynəlxalq premyerası keçiriləcək

"Şəhər Motivləri” kinoalmanaxının beynəlxalq premyerası keçiriləcək
# 17 sentyabr 2015 16:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Cottbus Beynəlxalq Film Festivalında “4.1 Şəhər Motivləri” kinoalmanaxının beynəlxalq premyerası keçiriləcək.

 

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival noyabrın 3-dən 8-dək Almaniyada keçiriləcək. 

 

Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə “Qonşu qadın” (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), “Kədərim” (rejissor Rüfət Həsənov, operator Mixail Belkin), “Yuxarıda və aşağıda” (rejissor Timur İsmailov, operator Nadir Mehdiyev), “Dmitrov küçəsi 86” (rejissor Cəfər Axundzadə, operator Əlişir Həmidhocayev) və “Zabit şərəfi” (rejissor Vüqar İslamzadə, operator Cəbrayıl Rəfiyev) filmləri daxildir. 

 

Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (“Adari films”).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR