Bank Of Baku

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının əməkdaşları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının əməkdaşları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub
# 01 iyul 2015 10:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Beynəlxalq Din Azadlığı Komissiyasının sədri Katrina Lantos Svet, üzvləri Katerina Kosman və Daniel Markdan ibarət nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar. BBMM-dən APA-ya verilən xəbərə görə, görüşdə qonaqları ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə müşaviri Daniel Slaşer müşayiət edib.

 

BBMM Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə amerikalılara Azərbaycan multikulturalizmi ənənələrinin tarixi-siyasi qaynaqlarından danışaraq onların diqqətini multikulturalizm dəyərlərinin həm daxildə, həm də xaricdə təbliği ilə bağlı mərkəzin gördüyü işlərə cəlb edib.

 

Görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşları Etibar Nəcəfov, Ceyhun Məmmədov, Pənah Cahangirov da iştirak ediblər. Etibar Nəcəfov Azərbaycanda dini tolerantlığın dünəni və bu günü haqqında vizual materialların müşayiətilə geniş məlumat verib.

 

Amerikalı qonaqlarla etiqad azadlıqları, multikulturalizm siyasətinin bu məsələlərə töhfəsi ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR