Bank Of Baku

Alim Qasımov Malayziyada beynəlxalq incəsənət festivalında çıxış edəcək

Alim Qasımov Malayziyada beynəlxalq incəsənət festivalında çıxış edəcək
# 22 iyun 2015 12:03 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq artisti Alim Qasımov Malayziyada keçiriləcək “DiverseCity 2015: Kuala-Lumpur” beynəlxalq incəsənət festivalında çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festivalın təşkilatçısı Malayziyanın “Pusaka” qeyri-hökumət təşkilatıdır.

 

İlk dəfə keçiriləcək beynəlxalq festivalda Hindistan, Azərbaycan, Tailand, Pakistan, Yaponiya və Koreya Respublikasından rəqs, musiqi, ədəbiyyat və komediya janrlarında tanınmış sənətkarların iştirakı gözlənilir.

 

A. Qasımov festival çərçivəsində pakistanlı qaval ustaları Mehr Əli və Şer Əli ilə muğam və qaval sənətinin birgə improvizasiyasını təqdim edəcək. Alim və Fərqanə Qasımovların ifasında “Bayatı Şiraz” muğamının videoyazısı da təqdim olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR