Bank Of Baku

Nazir: “Youthvision” mahnı müsabiqəsi hər il keçiriləcək”

Nazir: “Youthvision” mahnı müsabiqəsi hər il keçiriləcək”
# 24 iyun 2016 17:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Youthvision” beynəlxalq mahnı müsabiqəsi hər il keçiriləcək.

 

APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov müsabiqənin final mərhələsindəki çıxışında deyib.

 

Nazir qeyd edib ki, növbəti illərdə müsabiqədə iştirak edəcək ölkələrin sayı genişləndiriləcək: “Builki müsabiqədə 19 ölkə iştirak edir. İnanıram ki, gələcəkdə gənclər bu müsabiqəyə daha çox maraq göstərəcək və layihə uğurla davam edəcək”.

 

Qeyd edək ki, müsabiqənin ümumi mükafat fondu 6 min dollardır. Müsabiqənin keçirilməsinə 150 min manat vəsait sərf olunması nəzərdə tutulub. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Beynəlxalq tədbirdə 14-35 yaşlarında gənclər iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR