Bank Of Baku

Azərbaycan-UNESCO əlaqələrinin 20 illiyi münasibəti ilə mərasim keçirilib - FOTOSESSİYA

Azərbaycan-UNESCO əlaqələrinin 20 illiyi münasibəti ilə mərasim keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 22 noyabr 2012 14:32 (UTC +04:00)

 

Bakı. Ülkər Rəşidqızı - APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan UNESCO əlaqələrinin 20 illiyi münasibəti ilə mərasim keçirilib. APA-nın xəbərinə görə, mərasimdən əvvəl tədbir iştirakçıları, xarici qonaqlar mərkəzin foyesində təşkil olunan Azərbaycanın milli ornamentlərinin əks olunduğu geyimlər, eləcə də milli musiqi alətlərinin sərgisi ilə tanış olublar. Foyedə qədim musiqi alətləri ansamblının ifasında milli musiqilər səsləndirilib.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın UNESCO ilə mədəni əməkdaşlığı çərçivəsində 20 il ərzində bir çox işlər görüldüyünü, ölkəmizin bir çox beynəlxalq  layihələrdə iştirak etdiyini deyib: “Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən inkişaf etdirilən Azərbaycan-UNESCO əlaqələri Azərbaycanın birinci xanımı UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkənin mədəni irsinin təbliği, onun milli və regional səviyyədə mühafizəsinin təmin olunması, həmsinin Azərbaycanın mədəni dünya arenasında nüfuzunun artırılması istiqamətində böyük xidmətləri sayəsində öz dinamik inkişaf dövrünü yaşayır”.

 

Nazir onu da deyib ki, Azərbaycanın adı hazırda beynəlxalq aləmdə bir çox sahələrdə çox hörmətlə çəkilir və ölkələrdə görülən işlər böyük rəğbətlə qarşılanır: “Azərbaycanın bir necə abidəsi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. Bu siyahının daha da genişlənəcəyini gözləyirik. Bu yaxınlarda Azərbaycanın daha bir abidəsinin bu siyahıda  yer almasına nail olacağıq”.

 

UNESCO-nun Azərbaycan Milli Komitəsinin baş katibi Günay Əfəndiyeva çıxışında erməni təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionunda dağıdılan mədəni, tarixi abidələri xatırladıb. G. Əfəndiyeva ümid etdiyini bildirib ki, bu haqda məlumatların beynəlxalq aləmə çatdırılması yönündə işlər davam etdiriləcək. Baş katib, həmçinin

 

Azərbaycanın UNESCO-nun layihələrində, keçirdiyi tədbirlərdə fəal iştirakçı ölkə olduğunu vurğulayıb.

 

Tədbirdə UNESCO-nun nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, mərasim Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun Azərbaycanın Milli Komitəsinin təşkilatçılığı ilə keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR