Bank Of Baku

Azərbaycan filmləri Peruda nümayiş olunub

Azərbaycan filmləri Peruda nümayiş olunub
# 17 avqust 2016 08:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan filmləri Peruda keçirilən festivalda nümayiş olunub. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən APA-ya verilən məlumata görə, filmlərimiz Azərbaycanın Perudakı diplomatik nümayəndəliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə təqdim olunub.

 

Kinofestivalda Azərbaycan kino sənayesinin müxtəlif dövrlərini əhatə edən 7 film - “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Yarasa”, “Özgə vaxt”, “Çölçü”, “Nabat” və “Axınla aşağı” bədii filmləri ispan dilində subtitrlərlə nümayiş etdirilib.

 

Festival çərçivəsində 400-ə yaxın müxtəlif janrda xarici filmlər, o cümlədən Latın Amerikası filmləri ilə yanaşı, Fransa, İsveçrə və bir sıra ərəb ölkələrinin filmləri də təqdim edilib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR