Bakı. Cavid Zeynallı – APA. Avstriyanın Azərbaycandakı səfirliyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, rəssam Çingiz Fərzəliyevə Avstriya Respublikasının “Böyük Fəxri Ordeni”, xalq rəssamı Natiq Əliyevə “Qızıl Fəxri Ordeni”nin təqdimetmə mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, incəsənət xadimlərinə ordenləri Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex təqdim edib.
Tədbirdə çıxış edən səfir A. Vex Çingiz Fərzəliyev və Natiq Əliyevə Avstriya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında verdiyi töhfələrə, görülən işlərə görə öz hökuməti adından təşəkkürünü bildirib, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inandığını qeyd edib.