Bakı. Cavid Zeynalov - APA. Azərbaycan İstiqlal Muzeyinə “21 Azər” hərəkatının əsas xadimlərindən biri olan general Cəfər Kavianın şəxsi əşyaları, sənədləri, fotoşəkilləri daxil edilib.
Onun arxivini, mükafatlarını, hərbi formasını və digər şəxsi əşyalarını uzun illər ərzində generalın oğlu Marks Kavian qoruyub saxlayıb. Şəxsi əşyalar M.Kavian tərəfindən muzeyə təqdim olunub.
Yaxın vaxtlarda Cənubi Azərbaycana həsr olunmuş zalın yenidən qurulması planlaşdırılır və bu eksponatlar muzeyin ekspozisiyasında nümayiş olunacaq.
Qeyd edək ki, C. Kavian 1895-ci ildə Təbriz yaxınlığındakı Salaxan kəndində anadan olub. Səttarxanın başçılığı ilə 1906-1907-ci illərdə “Məşrutə” hərəkatının fəal üzvü olub.
C.Kavian tarixi xidmətlərinə görə I dərəcəli “Səttarxan” ordeni və “21 Azər” medalı ilə təltif olunub.