Bakı. Cavid Zeynalov-APA. May-noyabr aylarında Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə Strasburqda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, mayın 14-də Strasburqda “Etno-jazz” konserti və Azərbaycan mətbəx nümunələrinin təqdimatı təşkil olunacaq.
Azərbaycanın milli musiqi formalarından və alətlərindən istifadə edərək caz üslubu məcrasında ifadan yaranan "Etno-caz" janrında konsert İsfar Sarabski və onu müşayiət edən musiqiçilərin təqdimatında keçiriləcək. Mətbəx təqdimatı çərçivəsində isə xalqımızın mətbəx mədəniyyətinin ən ləziz nümunələri Avropa ictimaiyyətinə təqdim olunacaq.