Bank Of Baku

Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq

Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq
# 01 sentyabr 2014 16:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan sentyabrın 3-dən 7-dək Moskvada keçiriləcək XXVII Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, milli stendə “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı reklam vasitələri yerləşdiriləcək, beynəlxalq tədbir haqqında informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılacaq.

 

Sərgi çərçivəsində X Beynəlxalq Kitab Sənəti müsabiqəsində qalib gəlmiş kitabların mükafatlandırılması mərasimi keçiriləcək.

 

Qeyd edək ki, 1987-ci ildən etibarən hər il keçirilən Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası dünyanın nüfuzlu sərgilərindən biri hesab olunur. Hər il sərgidə yerli və xarici nəşriyyat-poliqrafiya müəssisələri, kitab sənəti ilə məşğul olan təşkilatlar iştirak edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR