Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Səmərqənddə keçiriləcək “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, avqustun 25-dən 30-dək davam edəcək festivalda dünyanın 80-dən çox ölkəsinin musiqiçiləri iştirak edəcək.
Builki festivalın açılışında YUNESKO-nun baş katibi İrina Bokova və Özbəkistan prezidenti İslam Kərimovun iştirakı gözlənilir.
Beynəlxalq Musiqi Festivalında ölkəmizi Azərbaycanın əməkdar artisti Təyyar Bayramovun rəhbərlik etdiyi “Buta” musiqi qrupu təmsil edəcək. T.Bayramovu əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcəklər.
Festival çərçivəsində keçiriləcək konfransda Azərbaycandan musiqişünas alimlər Lalə Hüseynova və Zümrüd Dadaşzadə musiqi sahəsinin aktual məsələlərinə dair məruzə ilə çıxış edəcəklər.