Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sessiyada UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı müzakirə olunub və Azərbaycan tar ifaçılıq sənəti bu siyahıya daxil edilib. Azərbaycanın nümayəndə heyəti komitənin sessiyasında iştirak edir.
Ötən illərdə Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı, eyni zamanda Azərbaycan xalçası UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Komitənin bu il keçirilən sessiyasında 2003-cü il Konvensiyasının gələcəyi, Komitənin fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, digər üzv dövlətlər tərəfindən təqdim edilən nominasiyalar da müzakirə olunub.