Bank Of Baku

Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq

Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq
# 20 iyun 2015 08:10 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Afaq Abbasova-Budaqova iyunun 20-dən 27-dək Türkmənistanda TÜRKSOY-un xətti ilə keçiriləcək türkdilli ölkələrin incəsənət ustalarının konsertində iştirak edəcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, türk dünyasının ən məşhur vokal ustalarının çıxış edəcəyi konsertlər iyunun 23-də Marı, 25-də isə Türkmənabad şəhərində baş tutacaq.

 

Afaq Abbasova konsertlərdə Türkmənistan Dövlət Simfonik orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin və Fikrət Əmirovun "Sevil" operasından Sevilin ariyalarını ifa edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR