Bank Of Baku

Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirlərinin görüşü olub - FOTO

Azərbaycan və Türkiyənin mədəniyyət və turizm nazirlərinin görüşü olub - <span style="color: red;">FOTO
# 05 iyun 2014 11:41 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliklə görüşüb.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə qeyd olunub ki, sammitin əsas mövzusunun turizm olması ölkə rəhbərlərinin bu sahəyə verdiyi əhəmiyyətin göstəricisidir.

 

İki ölkənin mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti, əməkdaşlıq proqramının hazırlanması, UNESCO-ya birgə faylların təqdim olunması, birgə turizm işçi komissiyasının yaradılması, bu ilin noyabr ayında Bakıda keçiriləcək Türkiyə Mədəniyyət Günləri və s. məsələlər müzakirə olunub.

 

Ə. Qarayev Ö. Çeliki Bakıya səfərə dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR