Bank Of Baku

Azərbaycanda Küveyt Mədəniyyət Günləri keçirilir

Azərbaycanda Küveyt Mədəniyyət Günləri keçirilir
# 28 noyabr 2012 10:45 (UTC +04:00)

 

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycanda Küveyt Mədəniyyət Günləri keçirilir. APA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, noyabrın 27-də başlayan tədbir dekabrın 2-nə kimi davam edəcək.

 

Mədəniyyət Günləri ilə əlaqədar Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn Əl-Yuhanın rəhbərliyi ilə tanınmış mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. Qonaqlarla mədəniyyət və turizm nazirliyində görüş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fotosərginin təşkili, Azərbaycan Yazıçılar Birliyində Küveytin hakim Əl-Sabah ailəsinin tanınmış nümayəndəsi, ictimai xadim Şeyxə Suad Məhəmməd Əl-Sabahın Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə tərcümə olunmuş və Bakıda nəşr edilmiş "Məni günəşə apar" adlı şeirlər kitabının təqdimatı, həmçinin iki ölkə rəssamları, yazıçıları və şairləri musiqi və kino xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR