Bank Of Baku

Azərbaycanın Banqladeş və Qvatemalada iki layihənin həyata keçirilməsi üzrə təklifi UNESCO-da yüksək qiymətləndirilib

Azərbaycanın Banqladeş və Qvatemalada iki layihənin həyata keçirilməsi üzrə təklifi UNESCO-da yüksək qiymətləndirilib
# 25 noyabr 2014 13:20 (UTC +04:00)

Bakı – APA. Noyabrın 24-də UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Hökumətlərarası Komitəsinin 9-cu iclası işə başlayıb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycanın Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə səylərin artırılmasına dair iki layihənin həyata keçirilməsi üçün təklifi komitə tərəfindən dəstəklənib və yüksək qiymətləndirilib.

 

Maddi yardım Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə Azərbaycan və UNESCO arasında 2013-cü ildə imzalanmış çərçivə sazişi əsasında təsis edilmiş Etimad Fondu vasitəsilə maliyyələşdiriləcək.

Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Azərbaycanın UNESCO fəaliyyətinə yardımının ölkənin beynəlxalq səviyyədə mədəniyyətin inkişafına göstərdiyi xoşməramlı dəstəyinin təzahürü olduğunu bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR