Bank Of Baku

Bahar Muradova Qazaxıstanda beynəlxalq  konfransda  iştirak edəcək

Bahar Muradova Qazaxıstanda beynəlxalq  konfransda  iştirak edəcək
# 29 may 2016 08:55 (UTC +04:00)

Bakı-APA. Bu gün Milli Məclis sədrinin müavini, İnsan  hüquqları komitəsinin  sədri  Bahar Muradova Qazaxıstanın Senatının rəhbərliyinin   təşkilatçılığı  ilə  keçiriləcək  “Dinlər  terrorizmə  qarşı”  mövzusunda  beynəlxalq  konfransda  iştirak  etmək  üçün bu ölkəyə səfər edəcək.

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər iyunun 1-dək  davam edəcək.

 

Astana şəhərində  keçiriləcək  toplantıda vitse-spiker  mövzu ilə əlaqədar  çıxış  edəcək, Azərbaycandakı tolerant mühitdən, multikultural dəyərlərdən, bütün  dinlərin  daşıyıcıları  olan  insanlara   göstərilən səmimi  münasibətdən, terrorizmə qarşı mübarizədən  söhbət  açacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR