Bank Of Baku

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Lənkəranda dəyirmi masa keçirib - FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Lənkəranda dəyirmi masa keçirib - <span style="color: red;">FOTO
# 13 noyabr 2014 13:22 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəran şəhərindəki Gənclər Mərkəzində 16 noyabr - Beynəlxalq Tolerantlıq günü münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masa keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) ilə birgə keçirdiyi tədbirdə rayonun təhsil işçiləri, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Dəyirmi masada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, dinşünas alim Nəriman Qasımzadənin məruzəsi dinlənilib. UNESCO tərəfindən təsis edilən Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar ölkəmizin dörd bölgəsində “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masaların keçirildiyini bildirən natiq belə tədbirlərin əsas məqsədinin etnik qrupların vahid Azərbaycan dövlətində bərabərhüquqlu vətəndaşlar kimi yaşamasını, Azərbaycan Konstitusiyasında təsbit edilən insan hüquq və azadlıqlarının daim qorunmasını bir daha sübuta yetirməkdən və müzakirə etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

 

Dəyirmi masanın iştirakçılarından Lənkəran ŞİH Başçısı Aparatının şöbə müdiri Əlimərdan Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Sədi Axundzadə, Lənkəran Dövlət Universiteti tarix kafedrasının Rakif İbadov, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov və başqaları çıxış edərək, təklif və rəylərini söyləyiblər.

 

Bütün çıxışlarda Azərbaycanın bölgələrində milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirildiyi, millətlərarası ünsiyyətin yüksək səviyyədə olduğu dönə-dönə qeyd olunub. Bildirilib ki, ölkəmizdə dini etiqada hörmət hökm sürür, dinlərarası heç bir ziddiyyət yoxdur. Məhz buna görə də Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturalizmin hökm sürdüyü ölkəyə çevrilib.

 

Dəyirmi masada qarşılıqlı fikir mübadiləsi aparılıb və suallara cavab verilib.

 

Qeyd edək ki, analoji tədbir günün ikinci yarısında həmçinin qonşu Astara rayonunda da keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR