Bank Of Baku

Bakıda “Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq seminar keçiriləcək

Bakıda “Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq seminar keçiriləcək
# 12 sentyabr 2014 10:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 16-dan 18-dək Bakıda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsi üzrə beynəlxalq seminar keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, layihə COMCEC-ə üzv olan 4 ölkədə - Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədə mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.

 

Seminarda iştirakçı ölkələrin ekspertləri, turizm şirkətləri və media təmsilçiləri ilə yanaşı, bu ölkələrin Azərbaycandakı səfirliklərinin, Azərbaycanın dövlət və özəl qurumlarının müvafiq sahələri təmsil edən ekspert və alimlər iştirak edəcək.

 

Seminar zamanı layihə çərçivəsində əldə olunmuş nəticələr, İslam mədəniyyətinin əhəmiyyəti, yaradılacaq yeni birgə turizm məhsulu və onun turizm sənayesi üçün əhəmiyyəti, çoxtərəfli əməkdaşlıq perspektivləri və s. məsələlər müzakirə olunacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR