Bank Of Baku

Bakıda "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 06 iyun 2014 11:43 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. İyunun 10-da Bakıda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Müəllif Hüquqları Agentliyinin dəstəyi ilə "Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, konfransın keçirilməsində məqsəd Azərbaycanın Qafqaz Albaniyası irsinin mənəvi varisi olması və onun təbliği ilə bağlı fəaliyyət perspektivlərinə stimulun verilməsi, gələcəkdə bu istiqamətdə nəzərdə tutulan tədbirlərin görülməsi ilə bağlı müzakirələrin həyata keçirilməsidir.

 

Açılış mərasimindən sonra konfrans Qafqaz Albaniyasının mədəni irs nümunələrinin milli və beynəlxalq səviyyədə qorunması, tədqiqi və təbliği mövzularını əhatə edəcək plenar iclas və sessiyalar ilə işini davam etdirəcək.

 

Tədbirlər çərçivəsində beynəlxalq konfrans iştirakçıları üçün Qəbələ və Şəki rayonlarına turların da təşkil edilməsi nəzərdə tutulub.

 

Konfrans iyunun 12-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR