Bank Of Baku

Bakıda bölgələrin incəsənət nümunələri təqdim olunacaq

Bakıda bölgələrin incəsənət nümunələri təqdim olunacaq
# 19 avqust 2016 15:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda bölgələrin incəsənət nümunələri təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, təqdimat 20-23 avqust tarixlərində baş tutacaq.

 

Şamaxı rayonunun “Şirvan” folklor ansamblının, İsmayıllı rayonundan “Lahıc” folklor ansamblının, Qəbələ rayonundan “Zopu-Zopu” etnoqrafik folklor rəqs ansamblının kollektivlərinin çıxışı ilə konsert proqramı təşkil olunacaq.

 

Tədbirdə həmçinin həmin bölgələrin el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR