Bakı. Ülkər Rəşidqızı – APA. Bakıda Çin Xalq Respublikasının Mədəniyyət Günləri keçiriləcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bakıda Çin Mədəniyyət Günlərinin 10-14 dekabr tarixlərində keçirilməsi planlaşdırılır. Bu günlər çərçivəsində maraqlı mədəni proqramın, qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur.