Bank Of Baku

Bakıda Rusiyanın estrada ulduzlarının iştirakı ilə musiqi festivalı keçiriləcək

Bakıda Rusiyanın estrada ulduzlarının iştirakı ilə musiqi festivalı keçiriləcək
# 08 iyun 2016 12:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 9-10 iyulda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda ilk dəfə “Jara” Beynəlxalq musiqili yay festivalı keçiriləcək.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festivalda Rusiya estradasının ulduzlarının iştirakı gözlənilir.

 

Festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps və “Russkoye Radio”nun yaradıcısı Sergey Kojevnikovdur.

 

Tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanması planlaşdırılır. Festivalın qonaqları arasında Valeri Meladze, Nyuşa, Qriqori Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Djiqan, Svetlana Loboda, Qlükoza, IOWA və digərləri var.

 

Festivalda Zülfiyyə Xanbabayeva və “Rast” qrupunun iştirakı da nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR