Bank Of Baku

Dövlət müşaviri Kamal Abdulla Almaniyalı senatorla görüşüb - FOTO

Dövlət müşaviri Kamal Abdulla Almaniyalı senatorla görüşüb - <span style="color: red;">FOTO
# 22 iyun 2015 15:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Millətlərarası, multikulturalizm və dini məsələlər  üzrə  dövlət  müşaviri, akademik Kamal Abdullayev  Almaniya Federativ Respublikası parlamenti-Bundestaq Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptmanın rəhbərliyi ilə Azərbaycanda səfərdə olan bir qrup parlament üzvləri ilə görüşüb.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə Almaniyanın Türingen vilayət parlamentinin sədri Kristian Karius, vilayət parlamentində fraksiyanın iqtisadi məsələlər üzrə sözçüsü Mario Foqt, enerji məsələləri üzrə sözçüsü Ştefan Qruhner, təhsil məsələləri üzrə sözçüsü Kristian Tişner, turizm məsələləri üzrə sözçüsü Andreas Bül, inteqrasiya və miqrasiya məsələləri üzrə sözçü Kristian Herqot və kənd təsərrüfatı üzrə sözçü Markus Malş iştirak edib.                                                                                                             

 

Dövlət müşaviri almaniyalı parlamentarilərə Azərbaycan dövlətinin multikulturalizm siyasəti barədə məlumat verib, ölkəmizdə bütün etnik qruplar və müxtəlif dinlərə mənsub olan insanların sülh içində yaşadıqlarını, Azərbaycanda məscidlərlə yanaşı çoxlu sayda kilsələrin və sinaqoqların normal fəaliyyət göstərdiyini bildirib və əlavə edib ki, Azərbaycanda dini və milli zəmində ayrı seçkilik yoxdur.

 

Akademik Kamal Abdullayev görüşdə alman tarixçisi və şərqşünası Fridrix Henri fon Ditsin 200 il əvvəl “Kitabi Dədə Qorqud”un “Basatın Təpəgözü öldürməsi” boyunu alman dilinə tərcümə edərək çap etməsini və beləliklə də dastanın dünya mədəniyyətinə tanıtmasını xüsusilə qeyd edib. Akademik  əlavə edib ki, ölkə prezidenti İlham Əliyevin bu səbəblə ilboyu müxtəlif tədbirlərin keçirilməsi məqsədilə ayrıca sərancam imzalayıb. Görüşdə dövlət müşaviri Avropada tez-tez baş verən terror aktlarının İslam dini ilə əlaqələndirilməsindən narahatlıq keçirdiklərini də dilə gətirib, bunun yolverilməz olduğunu bir daha bəyan edib.

 

Görüşdə Mərkəzin icraçı direktoru Azad Məmmədov qonaqlara Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verib.

 

Qonaqlar öz növbələrində Azərbaycana ilk dəfə gəldiklərini, səfərlərinin “Bakı 2015: I Avropa Oyunları” ərəfəsində baş tutduğu üçün şanslı olduqlarını və paytaxt Bakının gözəlliyinin şahidi olduqlarını bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR