Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrında “Brodvey” şou-proqramının Azərbaycan versiyası təqdim olunub.
Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, layihə Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutub.
Proqramda “Company-E” şirkətinin əməkdaşları ilə yanaşı Azərbaycan Dövlət Musiqili Teatrının xor, balet truppası, orkestr və aktyor heyəti də iştirak edib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşları, ictimai-siyasi xadimlər və tanınmış sənət adamları iştirak ediblər.
Tədbir Amerika Günləri çərçivəsində ABŞ-ın məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi təqdim edilib.
Qeyd edək ki, “Company-E” musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir.