Bank Of Baku

Dövlət Rus Dram Teatrı mövsümə “Məhəbbət üçbucağı” tamaşası ilə yekun vuracaq

Dövlət Rus Dram Teatrı mövsümə “Məhəbbət üçbucağı” tamaşası ilə yekun vuracaq
# 13 iyun 2015 10:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 94-cü teatr mövsümünə iyulun 3-də yekun vuracaq. Teatrdan APA-ya verilən məlumata görə, “Məhəbbət üçbucağı” mövsümün son tamaşası kimi nümayiş olunacaq.

 

Tamaşanın quruluşçu rejissoru xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovski, geyim üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverov, xoreoqrafiya işi Raul Turkkanındır.

 

Komediya janrında olan tamaşada xalq artisti Səfa Mirzəhəsənov, əməkdar artistlər Natalya Şarovskaya, Əsgər Rəhimov, aktyorlar Maqsud Məmmədov və Rüstəm Kərimov çıxış edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR