Bank Of Baku

Əbülfəs Qarayev Ağstafada vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Ağstafada vətəndaşları qəbul edəcək
# 13 may 2016 10:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 20-də Ağstafada vətəndaşları qəbul edəcək. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək. 

 

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayon mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR