Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir Azərbaycanla ABŞ arasında əlaqələrdən söz açaraq bu münasibətlərin bir çox sahədə inkişaf etdiyini bildirib. Ə. Qarayev Birləşmiş Ştatlar səfirliyinin mədəniyyətlə bağlı layihələrə diqqətini, eləcə də səfir Robert Sekutanın ölkəmizdə keçirilən mədəniyyət tədbirlərində fəal iştirakını xüsusi vurğulayıb.
ABŞ səfiri iki ölkə arasında əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümid etdiyini qeyd edib.
Diplomat Azərbaycanda maraqlı mədəniyyət və turizm tədbirlərinin keçirildiyini qeyd edərək onların bir çoxuna qatılmasından məmnunluğunu ifadə edib. Qeyd olunub ki, Azərbaycanda müxtəlif dinlərə aid, fərqli dilləri və mədəni irsi olan xalqlar bir arada sülh şəraitində yaşayır və bu, Azərbaycanın tolerant ölkə olduğunu nümayiş etdirir.
Nazir Ə. Qarayev Azərbaycanın həm mədəniyyət, həm də turizm sahəsində qarşılıqlı əlaqələrə böyük önəm verdiyini diqqətə çatdıraraq, bu əməkdaşlıq zəminində ölkəmizin ABŞ-da müxtəlif sərgilərdə, mədəniyyət tədbirlərində iştirakından bəhs edib.