Bank Of Baku

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Akademik Milli Dram Teatrında olub

Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Akademik Milli Dram Teatrında olub
# 16 may 2016 14:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Efiopiyanın mədəniyyət və turizm üzrə dövlət naziri Meaze Qebremedhinin rəhbərlik etdiyi nümayəndə heyəti Akademik Milli Dram Teatrında olub.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət görüşdə Azərbaycan teatrının tarixi, ənənələri haqqında məlumat verib, bildirib ki, rəhbərlik etdiyi mədəniyyət müəssisəsi ölkənin ən böyük teatrıdır. Azər Paşa Nemət qeyd edib ki, Azərbaycan teatrının bir çox ölkə ilə əməkdaşlığı mövcuddur, qarşılıqlı qastrollar təşkil olunur: “Mədəniyyətlərin dostluğu, əməkdaşlığı çox vacib amildir. Bizim bir çox ölkələrlə mədəni əlaqələrimiz var, teatr sahəsində əməkdaşlığımız mövcuddur. Xüsusən müsəlman ölkələri ilə yaradıcı sahədə əməkdaşlığımız daha sıxdır. İstərdik ki, Efiopiya ilə də bu əlaqələrimiz qurulsun, inkişaf etsin. Çünki sizin təmsil etdiyiniz ölkə qədim mədəniyyətə malik ölkədir”.

 

Efiopiyalı nazir görüşdə iki ölkə arasında mədəni əlaqələr, teatr sahəsində əməkdaşlığın qurulmasının vacibliyindən danışıb.

 

Daha sonra nümayəndə heyətinin üzvləri Akademik Milli Dram Teatrı ilə yaxından tanış olub, repertuarda olan “Şah Qacar” tamaşasına baxıb və fikir mübadiləsi aparıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR