Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konsert Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunacaq. Konsert yerli televiziya kanalı ilə (www.tv7.fr.) nümayiş etdiriləcək.
Qeyd edək ki, Emil Əfrasiyab 1982-ci ildə Bakıda anadan olub. Onun əsərlərində Azərbaycan muğamı ilə cazın sintezi üstünlük təşkil edir. Bu əsərlərdə intonasiyadakı təzadlar, klassik musiqidə rast gəlinən harmoniya və ritmlər özünü göstərir.