Bank Of Baku

Fərəc Qarayevin rəhbərliyi ilə “Zamanla üz-üzə” layihəsi keçiriləcək

Fərəc Qarayevin rəhbərliyi ilə “Zamanla üz-üzə” layihəsi keçiriləcək
# 17 noyabr 2016 06:51 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Zamanla üz-üzə” Beynəlxalq layihəsi keçiriləcək. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, layihənin bədii rəhbəri əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir.

 

Layihədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Rauf Abdullayev), Azərbaycan Dövlət Xor Kapellası, dirijorlar Vladimir Runçak (Ukrayna), Roland Fraysitzer (Avstriya) və solist Yuliya Purgina (Avstriya) iştirak edəcəklər. Layihəni səciyyələndirən önəmli məqam bir çox müasir musiqi əsərlərinin Bakıda ilk dəfə ifa olunmasıdır.

 

Noyabrın 30-dan başlayaraq,  dekabrın 2-də, 7-də və 9-da Azərbaycan Dövlət Filarmoniyasında və Beynəlxalq Muğam Mərkəzində konsertlər silsiləsinin keçirilməsi  nəzərdə tutulub. Bu dəfəki layihə Bakı səhnəsində heç bir zaman qoyulmamış müasir musiqi əsərlərinin səhnələşdirilməsini özündə ehtiva edir.

 

Qeyd edək ki, ilk dəfə 2007-2008-ci illər mövsümündə reallaşdırılmış  layihənin 12 konsertində barokko və klassisizm musiqisindən müasir bəstəkarların əsərlərinə qədər geniş spektr əhatə edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR