Bank Of Baku

Fəxri xiyabanda Rəşid Behbudovun anım mərasimi keçirilib

Fəxri xiyabanda Rəşid Behbudovun anım mərasimi keçirilib
# 10 iyun 2015 07:29 (UTC +04:00)

 

Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın və SSRİ-nin xalq artisti Rəşid Behbudovun xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.

 

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, anım mərasimində R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Anim mərasiminə qatılanlar sənətkarın qəbri üzərinə əklil qoyub, ruhuna dualar oxuyublar.

 

Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov R. Behbudovun Azərbaycan musiqisi tarixində, kino sənətində rolundan söz açıb, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb.

 

Qeyd olunub ki, R. Behbudovun 100 illik yubileyi geniş şəkildə qeyd olunacaq.

 

Anım mərasimindən sonra Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-simfonik orkestri sənətkarın xatirəsinə həsr edilən konsert proqramı ilə çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR