Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı mövsümə Tovuz rayonunda yekun vurub

Gənc Tamaşaçılar Teatrı mövsümə Tovuz rayonunda yekun vurub
# 07 iyul 2015 11:41 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bölgələrə qastrol səfəri başa çatıb.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qastrol səfəri iyulun 4-dən start götürərək Şəmkir, Samux, Göygöl, Daşkəsən və Tovuz rayonlarında davam etdirilib. 

 

Teatrın kollektivi bölgələrdə  M.F. Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası ilə çıxış edib. 

 

Qastrol səfərləri ilə yaradıcı heyət 87-ci teatr mövsümünə Tovuz rayonunda yekun vurub.       

 

Mövsümün bağlanış mərasimində Dövlət Gənc Tamaşaçılar Teatrının nümayəndələri ilə bərabər, Tovuz rayon İcra Hakimiyyəti aparatının rəhbərliyi, mədəniyyət, səhiyyə, təhsil işçiləri və ziyalılar iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR