Bakı. Cavid Zeynallı – APA. Dövlət Gənc Tamaşaçılar Teatrı Trabzonda keçirilən XVII Qara dəniz ölkələri Beynəlxalq Teatr Festivalında iştirak edib. APA-nın məlumatına görə, teatrın direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə təmsil olunan teatr Matey Vişnekin “Qoca kloun” tamaşası ilə çıxış edib.
May ayının 2-dən start götürən festivalın açılış mərasimində Ankara Dövlət Teatrının aktyorlarının ifasında “Nəşə, Dərd, Eşq” adlı tamaşa nümayiş etdirilib.
Gənc Tamaşaçılar Teatrı festivalın diplomu və xüsusi mükafatına layiq görülüb.