Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 87-ci teatr mövsümünün son premyerası təqdim edilib.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırlanmış eyniadlı tamaşa Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyevin yozumunda təqdim edilib.
Yeni səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.
Tamaşada rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı, Ədalət Əbdülsəməd, Zemfira Əbdülsəmədova, Bəhram Həsənov, Xalidə Şərifova, Səbinə Məmmədova, Vüsal Mehrəliyev, İlham Əsədov, Elşən Hacıbabayev, Rəşad Səfərov, Eldar İmanov, Vahid Orucoğlu, Anar Səfiyev ifa ediblər.
Teatrdan qeyd ediblər ki, tamaşanın 88-ci mövsümündə Rusiyanın bir sıra şəhərlərində nümayiş etdirilməsi nəzərdə tutulub.