Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 16-dan 18-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgidə stend sahəsi (6 kv.m.-dək) və avadanlıqlar iştirakçılara pulsuz veriləcək.
Nazirlikdən bildiriblər ki, IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün zəruri sənədləri (proqram, kataloq, iştirak şərtləri, ərizə-müqavilə) Təşkilat Komitəsindən əldə etmək mümkündür.
Yarmarkada iştirak haqqında ilkin məlumat 15 avqust, ərizə-müqavilə isə 1 sentyabr tarixinə qədər sərginin Təşkilat Komitəsinə təqdim edilməlidir.